(1860-1990)
İspaniya bəstəkarı və pianoçusu. Yeni ispan musiqisinin banisi hesab edilir.
Fransua-Ogüst Gevart, Fridrix List və başqalarından dərs almışdır. Avropa və Amerikanın bir çox ölkəsində konsertlər vermişdir. Fortepiano əsərləri Albenizin yaradıcılığında əhəmiyyətli yer tutur. Bu əsərlərdə o, xalq mahnı-rəqs janrından geniş istifadə etmiş, xalq musiqi elementləri ilə müasir bəstəkarlıq texnikasının vəhdətinə nail olmuşdur. Albeniz xalq musiqi alətlərinin, xüsusilə gitaranın səs effektini fortepianoda əks etdirməklə fortepianonun səs palitrasını yeni ifadə vasitələri ilə zənginləşdirmişdir.