(1888 – 1964)
Görkəmli sovet bəstəkarı, pianoçu, müəllim, tənqidçi və publisist, bir sıra rus klassik musiqi əsərlərinin redaktoru
Aleksandrovun yaradıcılıq fəaliyyəti dövrü (70 ildən çox) və yüksək məhsuldarlığı (100-dən çox əsər) ilə diqqəti çəkir. O, inqilabdan əvvəlki illərdə də “İsgəndər mahnıları”nın (sözləri M.Kuzminin), “İki dünya” operasının (qızıl medala layiq görülmüş diplom işi), bir sıra simfonik və fortepiano əsərlərinin müəllifi kimi tanınıb.
Aleksandrovun yaradıcılıq irsində mühüm yerlərdən birini onun rus və sovet musiqi sənətindəki hadisələrin geniş spektrini əhatə edən musiqi tənqidi tutur.