(1972)
Professor, Əməkdar incəsənət xadimi. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb.1998-cü ildən bu günə qədər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” kafedrasının müəllim vəzifəsində çalışır. Hal-hazırda bəstəkarlıq kafedrasının professorudur. Ölkəmizdə və xarici ölkələrdə keçirilən müsabiqələrin və festivalların laureatı və qalibidir, bir çox əsərləri yerli və xarici orkestrlərlə ifa olunmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür (1998). Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimidir (2011).