(1787-1851)
XIX əsrin birinci yarısında rus musiqi tarixinin istedadlı bəstəkarlarındandır.
O parlaq fərdi xüsusiyyətlərə, çoxcəhətli yaradıcılıq yönümünə malik idi. Qlinkanın böyük müasiri Alyabyev haqlı olaraq rus romans lirikasının inkişafında xüsusi mövqe tutur və bu janrın ən böyük ustalarından biri hesab edilirdi.
Alyabyev digər sahələrdə, o cümlədən rus instrumental musiqi janrlarında da qiymətli yeniliklər etmiş, dərin iz qoymuşdur.
Alyabyev rus vokal lirikasına psixoloji dərinlik gətirmiş, ilk dəfə olaraq fəlsəfi və ictimai mövzularda əsərlər yazmışdır.