( 1916 – 1996)
Bəstəkar, pedaqoq, professor (1978), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1960). Azərbaycan Dövlət Konservatoriyasıda 45 il müəllim kimi fəaliyyət göstərmiş, 1949-cu ildən ömrünün sonunadək musiqi-nəzəri fənlərindən dərs demişdir. O, 1970-ci ildən 10 il ərzində Musiqi nəzəriyyəsi kafedrasına rəhbərlik etmişdir. Eyni zamanda 1950-1958-ci illərdə Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin bədii rəhbəri vəzifəsini icra etmişdir. Zakir Bağırov musiqinin müxtəlif canrlarına müraciət etmiş və musiqi xəzinəmizi zənginləşdirən bir sıra dəyərli əsərlər yazmışdır.