(1925-1996)
Basner sovet bəstəkarlarının müharibədən sonrakı nəslinə aiddir və Leninqradda yaşayıb-işləyib. Onun yaradıcılıq maraq dairəsi genişdir: operetta, balet, simfoniya, kamera instrumental və vokal əsərləri, kino musiqisi, mahnılar, estrada orkestr üçün parçalar. Basnerin ilk yaradıcılıq uğuru 1955-ci ildə olub. Onun İkinci Kvarteti Varşavada Demokratik Gənclərin V Ümumdünya Festivalı çərçivəsində keçirilən beynəlxalq müsabiqədə mükafat qazanıb .Bəstəkar beş kvartet, simfoniya (1958), skripka və orkestr üçün konsert (1966), L. Martınovun şeirləri əsasında "Bahar. Nəğmələr. Həyəcan" oratoriyası (1963) yazıb. V. Basner böyük kino bəstəkarıdır.