Britaniya bəstəkarı, musiqişünas, pianoçu və ictimai xadim. 1929–40-cı illərdə London Fəhlə Xor İttifaqının direktoru və dirijoru, Fəhlə Musiqi Assosiasiyasının yaradıcısı (1936) və ilk sədri olmuşdur. 1945-ci ildən bir çox Avropa ölkələrində qastrol səfərində olmuş, dirijor və pianoçu kimi öz əsərlərini ifa etmişdir; həm də qurduğu London Simli Orkestrinə dirijorluq etmişdir.