(1946)
Azərbaycan Respublikasının Xalq artisti (2018), Əməkdar incəsənət xadimi (2005), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru (2009). A. Dadaşovun əsərləri 1968-ci ildən başlayaraq Azərbaycan Bəstəkarlar İttifaqının Qurultay və Plenumlarında səslənmiş, Respublikanın görkəmli dirijorları tərəfindən təfsir edilmişdir. Əsərləri bir sıra xarici ölkələrdə-o cümlədən Fransa, ABŞ, İngiltərə, Finlandiya, Türkiyə, İran, Rusiya və s. keçirilmiş nüfuzlu festivalların proqramına daxil olunmuşdur. A. Dadaşovun əsərləri musiqi təhsili ocaqlarında genis istifadə olunur və tədris proqramlarına daxil edilir.