(1813-1869)
Rus bəstəkarı, operaçı və vokal musiqi bəstəkarı.
1820- ci ildə Dargomijski ilk əsərini yazır. 1835- ci ildə Qlinka ilə görüşür və bu göşdən sonra "Esmiralda" ilk operasını yazmışdı. A.S.Puşkinin sözlərinə "Vaxtın təntənəsi" kantatasını yazmışdır. 1840- ci illərin ikinci yarısında bir sıra gözəl romanslar bəstələmişdir. 1850- ci illərin axırlarında Drgomijski ədəbiyyat və incəsənətdə qabaqcıl azadlıq ideyası daşıyan gənc nəslin nümayəndələri ilə şəxsi və bədii yaradıcılıq əlaqəsi saxlayırdı.
Darqomıjskinin dünyagörüşü, estetik zövqü XIX əsrin 30-40-cı illərində formalaşmışdı. Bu, rus mədəniyyətinin inkişafında böyük,müsbət dəyişikliklər baş verən bir dövr idi. Darqomıjskinin hələ ilk əsərlərində dövrün mütərəqqi ideyaları, demokratik əhvali-ruhiyyələri öz əksini tapırdı. Darqomıjskinin yaradıcılığına Lermontov, Nekrasov, Qoqol, xüsusən Puşkin kimi görkəmli şair və yazıçıların təsiri olduqca böyük olmuşdur.