(1957)
Bəstəkar, cazmen, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən). Bakı Musiqi Akademiyasının elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi. Cəmil Fikrət oğlu Əmirov 3 may 1957-ci ildə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun ailəsində anadan olub. 1965–1975-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfində təhsil alıb.1975–1980-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki BMA) Bəstəkarlıq fakültəsində Cövdət Hacıyevin sinifini bitirib.Daha sonra 1980–1982-ci illərdə aspirantura təhsili alıb.