(1946)
1964-1972 Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” ixtisası; Akademik Qara Qarayevin sinfini bitirib. 1976-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1968–1996-cı illərdə Azərbaycan Dövlət Teleradio Komitəsində çalışmış, radionun Musiqi verilişləri baş redaksiyasında kiçik redaktor, böyük redaktor, şöbə müdiri, radionun səsyazma evində səs rejissoru, baş rejissor, Azərbaycan Dövlət Teleradio Komitəsi bədii kollektivlərinin və səsyazma evinin müdiri, "Azərbaycantelefilm" yaradıcılıq birliyinin baş məsləhətçisi vəzifələrini icra etmişdir.1996-cı ilin sonundan Türkiyə Respublikası Mersin Universiteti Dövlət Konservatoriyasına işləməyə dəvət olunmuş, 2005-ci ilə qədər orada çalışmış, orada Bəstəkarlıq şöbəsini təşkil etmişdir. 2005-ci ildən Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının professoru, eyni zamanda BMA-nın elmi laboratoriyasının fəal əməkdaşıdır.