(1963)
Bəstəkar, truba ifaçısı, dirijor, pedaqoq. Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas üzrə təhsil alıb: 1957-ci ildə ifaçılıq fakultəsini truba ixtisası üzrə (E.Əfəndiyevin sinfi), 1966-cı ildə bəstəkarlıq üzrə (professor Q.Qarayevin sinfi) bitirmişdir. Uzun illər A.Zeynallı adına Bakı musiqi texnikumunda çalışmış, Azərbaycan Televiziyasının estrada-simfonik orkestrinin bədii rəhbəri olmuşdur.