(1919 –1974)
Bəstəkar, dirijor, pedaqoq, professor (1964), SSRİ xalq artisti (1973). O, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1948–1956) və direktoru (1955–1962), Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1953–1968) və Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1969–1974) vəzifələrində çalışmışdır.
O, musiqi ilə 18 yaşında məşğul olmağa başlamışdır. Orta ixtisas musiqi məktəbini truba aləti üzrə bitirdikdən sonra iki ilə yaxın İqtisadiyyat İnstitutunda təhsil almışdır. Lakin musiqi yaradıcılığına ciddi maraq göstərdiyinə görə o, bəstəkarlıq ixtisasını seçməyi qərara alır. Soltan Hacıbəyov ali musiqi təhsilini 1941-1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasında professor Boris Zeydmanın bəstəkarlıq sinfində almışdır.