(1916-1961)
Azərbaycan bəstəkarı. Azərbaycan SSR əməkdar artisti. Tanınmış uşaq mahnısı "Cücələrim"in musiqisinin müəllifidir. 1949-cu ildə yazılmış sözləri Tofiq Mütəllibova məxsus olan bu mahnı indi də təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da ən çox sevilən uşaq mahnılarından biri olaraq qalır. “Cücələrim” 100-dən çox dilə tərcümə edilərək Azərbaycanın ən məşhur uşaq mahnısına və vizit kartına çevrilib. Qəmbər 100-ə yaxın romans və mahnı yazıb. Romans və mahnı sözlərinin əsasını Azərbaycan ədəbiyyatı klassiklərinin Nizami, Nəsimi, Füzuli, Vaqif, Natəvan, Səməd Vurğun, Cəfər Cabbarlı, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə və bir çox başqalarının əsərləri təşkil edirdi.