(1857-1919)
İtalyan bəstəkarı, 20-dən artıq opera əsərinin müəllifi. Tərəfindən bəstələnmiş iki pərdəli, proloqlu Məzhəkəçilər (Pagliacci) operası ona dünya şöhrəti qazandırmışdır.
Atası Vinçenso Leonkavallo hakim olmuş, anası Virciniya Daurio rəssam ailəsindən çıxmışdır. Bəstəkar öz təhsilini Neapol konservatoriyasında almışdır.