(1935–2018)
Azərbaycan bəstəkarı, pedaqoq, professor (1979), Azərbaycan SSR xalq artisti (1987), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976, 1986).
1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969–1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.
Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub.
X. Mirzəzadə iki simfoniyanın, “Oçerklər 63” simfonik əsərinin, dörd orkestr süitasının, səslər üçün dörd essenin, iki simli kvartetin, “Etiraf” vokal silsiləsinin (sözləri R. Rzanın), estrada-simfonik orkestr üçün pyeslər silsiləsinin, müxtəlif alətlər üçün əsərlərin, kanta və kantaların müəllifidir. O, 30 film və 20 dram və tamaşaya musiqi yazıb.