(1756–1791)
Dahi Avstriya bəstəkarı, skripkaçı, orqan ifaçısı və dirijor olmuşdur, Vyana klassik məktəbinin aparıcı nümayəndələrindən biridir. O, simfonik, konsert, kamera musiqisi, opera və xor janrlarında 600-dən çox əsər yaratmışdır. Motsart fenomenal musiqi duyumuna, yaddaşına və improvizasiya bacarığına malik idi.