(1918-1982)
Azərbaycan-sovet bəstəkarı və pedaqoqu. O, 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki musiqi məktəbinə daxil olmuşdur. Burada o, musiqi nəzəriyyəsi, piano və digər fənlər üzrə dərin biliklər əldə etmişdir. 1933-cü ildə isə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunmuş, burada görkəmli bəstəkar və pedaqoq Üzeyir Hacıbəyovun rəhbərliyi altında bəstəkarlıq ixtisası üzrə təhsil almışdır. 1938-ci ildə Moskva Dövlət Konservatoriyasına daxil olub şöhrətli bəstəkar Dmitri Şostakoviçin sinfində təhsil almışdır. 1949-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının direktoru təyin olunub, 1952–ci ildə isə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçılıb. 1955-1976-cı illərdə IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olub, 1959–cu ildə SSRİ xalq artisti adını alıb və Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib. 1978-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilib.