(1927-2007)
Mstislav Rostropoviç dörd yaşında pianoda, səkkiz yaşında violonçeldə ifa etməyə başlayıb. 19 yaşında o, artıq Moskva Filarmoniya Orkestrinin solisti, 21 yaşında isə Moskva və Leninqrad Konservatoriyalarında dərs deyirdi.
Rostropoviç təkcə musiqiçi deyil, həm də ictimai xadim kimi məşhur idi.