(1928-2000)
Görkəmli bəstəkar, pedaqoq və zərb alətləri ifaçısı .
Həsən Rzayev 1953-cü ildə Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasını 2 ixtisas; həm bəstəkarlıq, həm də zərb alətləri ifaçısı kimi bitirib. 1954-cü ildə Azərbaycan və SSRİ Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul edilib.
Bəstəkar müxtəlif dövrlərdə Bakı Dövlət Sirkində, Musiqili Komediya Teatrında orkestrin baş dirijoru vəzifəsində işləmişdir. Ailəsi Moskvada yaşadığına görə H.Rzayev 1975-ci ildə Moskvaya köçür və 1980-ci ilə qədər orada müəllimlik və yaradıcılıq fəaliyyətini davam etdirib. 1980-ci ildə isə F.Əmirovun məsləhəti ilə Bakıya qayıdaraq yenidən konservatoriyada (indiki Bakı Musiqi Akademiyası) işləməyə başlayıb. Zəhmətkeş musiqiçi ömrünün 40 ilini gənc ifaçıların hazırlığına həsr etmişdi və hər tələbəsinin uğurunu öz uğuru sayırdı.