(1912–1975)
Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi.
1929-cu ildə Bakı Pedoqoji Texnikumunu bitirmiş, bir neçə il Saray, Kürdəxanı və Maştağada müəllimlik etmişdir.
Ağabacı xanım not çalğısı üzrə bəstəkar Səid Rüstəmovdan, muğam üzrə isə Mirzə Mənsur Mənsurovdan dərs alıb. Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil almışdır. Musiqi-nəzəri fənlərdən isə ona Ü. Hacıbəyov, Əfrasiyab Bədəlbəyli və Cövdət Hacıyev dərs deyib. Bir il sonra o, Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir. 1935–1944-cü illərdə Rzayeva Azərbaycan xalq çalğı alətləri orkestrində tarzən kimi fəaliyyət göstərib. O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkardır.