(1824-1884)
Çex bəstəkarı, pianoçu və dirijoru, Çex milli bəstəkarlıq məktəbinin banisi. Smetana Çexiyanın ən böyük musiqiçilərindən biridir, milli bəstəkarlıq məktəbinin banisi hesab olunur. O, əsərlərində çex xalq mövzu və motivlərindən istifadə edən ilk bəstəkar olub. O, eyni zamanda tarixdə tamamilə çex dilində yazılmış ilk opera olan “Bohemiyada Brandenburgerlər”i də yazıb. Smetanın yaradıcılığı sonrakı nəsillərin çex bəstəkarlarına, o cümlədən Antonín Dvorjak, Zdenek Fibix və başqalarına böyük təsir göstərmişdir.
“Mənim Vətənim” silsiləsindən olan simfonik şeirlərdən biri “Vltava” Çexiyanın qeyri-rəsmi dövlət himninə çevrilib. Praqa baharı festivalı hər il “Mənim Vətənim” tamaşası ilə açılır, “Libuşe” operası isə Çexiyanın milli bayramlarında nümayiş olunur.