(1931 – 2013)
Macar bəstəkarı, Budapeştdəki Ferens List Musiqi Akademiyasının professoru. Macarıstan Xalq Respublikasının əməkdar artisti (1976), Erkel mükafatı (1960, 1965) və Koşut mükafatı (1966) laureatı. O, Qarsia Lorkanın faciəsi əsasında hazırladığı “Qanlı toy” operası və iki böyük oratoriyası (Endre Adinin şeirləri əsasında “Odlu mart” və Şandor Vereşin şeirləri əsasında “İstarın cəhənnəmə səyahəti”) ilə böyük rəğbət qazanıb. Sokolai bir neçə opera, balet, oratoriya, konsert, simfonik, xor, kamera və fortepiano əsərlərinin müəllifidir.