(1947)
Bəstəkar, Azərbaycan Respublikasının xalq artisti (2006), "Şöhrət" ordeni laureatı (2007), Prezident təqaüdçüsü (2015-ci ildən).
1965-ci ildə Faiq Sücəddinov Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olub.1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvətilə orkestrdə çalışmağa başlayıb.1980-ci illərdə Faiq Sücəddinov Estrada Orkestrində fəaliyyətini dayandırıb və Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsilini davam etdirib. 1977-ci illərdə Azərbaycan Dövlət Konservatoriya Bəstəkarliq fakültəsinə qəbul olunur. 1981-ci ildə Azərbaycan Dövlət Konservatoriya Bəstəkarliq fakültəsini bitirib. 2000-ci illərdə Faiq Sücəddinov Türkiyədə və Kiprdə yaşayıb — fəaliyyət göstərib.
Əsərləri arasında piano və simfonik orkestr üçün konsert (1990), simli kvartet (1991), piano və kamera orkestri üçün konsert (1992), kamera orkestri üçün skertso (1993), xor və simfonik orkestr üçün "Atatürk" odası (1994), müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları (1996) vardır.