(1924-1970)
Azərbaycan görkəmli alimi, tibb elmləri doktoru, professor, bəstəkar.
Professor Topçubaşov tibb elminin ən mühüm problemlərinə dair 100-dən çox elmi məqalənin müəllifi olub. Onun monoqrafiyalarına 25 ölkənin tədqiqat mərkəzlərində rast gəlmək olar. İbrahim Topçubaşov uğurlu peşəkar karyerası ilə yanaşı, həm də istedadlı bəstəkar olub. O, iyirmiyə yaxın mahnıya musiqi bəstələyib, mahnıların təkcə musiqisini deyil, həm də sözlərini yazıb. 1958-ci ildə İbrahim Topçubaşov Bəstəkarlar İttifaqına qəbul olunub. O, əməliyyatlar zamanı musiqidən istifadə edən yeganə cərrah idi. O, Azərbaycanda musiqidən müalicə məqsədilə istifadə edən ilk cərrah olub.