(1715 - 1777)
Avstriyalı bəstəkar, pianoçu, orqan ifaçısı və musiqi müəllimi, erkən klassik Vyana məktəbinin nümayəndəsi. Vaqenzеyl 16 opera, 3 oratoriya, kantata, 17 məclis, rekviyem və digər dini əsərlərin, 36 simfoniyanın, müxtəlif alətlər və orkestr üçün 27 konsertin müəllifidir. O, klassik simfoniya və fortepiano konsertinin inkişafına mühüm töhfə verib.