(1854-1885)
Polşalı pianoçu və bəstəkar. Zarembski otuzdan çox fortepiano əsəri bəstələmişdir, bunlardan ən məşhurları "Qızılgüllər və tikanlar" silsiləsi və Listə həsr olunmuş vida fortepiano kvintetidir. İlk dəfə 30 aprel 1885-ci ildə Brüsseldə bəstəkar və konservatoriya kvarteti ilə birlikdə çıxış etmişdir. Zarembskinin ilk növbədə folklor üzərində qurulan yaradıcılığında F.Şopen və F.List ənənələri (virtuoz fortepiano texnikası və zəngin faktura) təsirləri görünür. Səs zənginliyi baxımından onun bəzi əsərləri impressionistlərin sənətini qabaqlayır.