(1955)
Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012), A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının musiqi hissə müdiri.
Bülbül adına musiqi məktəbini bitirərək, Azərbaycan Dövlət Konservatoriyasında xalq artist Cövdət Hacıyevin kursunda təhsil alıb (1979-1984). Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor işləyib. Cahangir Zülfüqarov 1986-cı ildən Respublika bəstəkarlar ittifaqının üzvüdür. 1986-ci ildən bu günə qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında misiqi hissə müdiri vəzifəsində işləyir.
Teatrda işlədiyi müddətdə burada azərbaycan və rus truppalarında hazırlanan tamaşalara musiqi bəstələyib. Eləcə də animasiya filmlərinə, sənədli filmlərə, şou-filmlərinə musiqilər, mahnı və romanslar bəstələyib. Müxtəlif musiqi janrlarında əsərləri var.