(1819-1895)
Avstriyalı bəstəkar və dirijor. Vyana operettasının yaradıcılarından biri. Zuppe yüzdən çox operetta, farslar, baletlər və digər səhnə əsərləri yazıb, onlar Yozefştatdakı Vyana Teatrında, Avropa və ABŞ-ın digər teatrlarında nümayiş etdirilib. O, alman mövzusu əsasında ilk operettasını yazıb. O, müğənni kimi də çıxış edib. Ömrünün sonlarında Zuppe klassik və ruhani musiqinin yaradılmasına daha çox diqqət ayırıb.