(1950-2016)
Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (1998).
1969–1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Muiqi Məktəbində Nəriman Əliyevin sinifində təhsil almışdır.
1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunmuşdur.
1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışır.
1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib.