(1876-1964)
Xanəndə. Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi. Azərb. musiqi tarixində İ. Abdullayev “Segah” muğamının təkrarsız ifaçısı kimi tanınmışdır. “Segah” muğamını və onun bütün variantlarını – “Zabul-Segah”, “Mirzə Hüseyn Segahı”, “Orta Segah”, “Xaric Segah” muğamlarını xüsusi bir şövq və məharətlə oxuduğuna görə xalq tərəfindən “Segah İslam” adlandırılmışdır. İ. Abdullayev Şuşa şəhər məktəbində təhsil almışdır.