(1944-2024)
Azərbaycan violonçelçalanı, professor (1999), Azərbaycan Respublikasının xalq artisti (2005).
1951–1962-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində, 1962–1967-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında violonçel ixtisası üzrə professor Sabir Əliyevin sinfində təhsil almışdır. Həmin il o, violonçel ixtisası üzrə konservatoriyada assistent kimi fəaliyyətə başlamışdır. 1968–1969-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında Mstislav Rostropoviçin sinfində violonçel ixtisası üzrə təhsilini davam etdirmişdir. 1973-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının aspirantura-assistentliyini bitirmişdir.