(1948-2001)
Xanəndə. Qarabağ xanəndəlik məktəbinin klassik ənənələri üzərində XX əsrin ikinci yarısında yetişmiş nəslinə mənsubdur. Qarabağın zəngin musiqi həyatı onun sənət yolunun müəyyənləşməsində mühüm rol oynamışdır. Rəngarəng çalarlı gözəl səsə malik Vahid istedadı və zəhmətsevərliyi sayəsində bir çox muğam və təsnifləri öyrənmişdi. Professional musiqi təhsilini Bakıda 1970 illərdə ADMM-də almışdır. Muəllimi Nəriman Əliyevdən xanəndəlik sənətinin sirlərini, bütün klassik muğamları öyrənir.
Təhsilini başa vurduğdan sonra isə özü də və böyük bir xanəndələr nəsli yetirir. Onun tələbələrindən xalq artisti Qəndab Quliyeva, əməkdar artist Mənsum İbrahimov bu gün Qarabağ xanəndəlik məktəbinin ənənələrini ləyaqətlə davam etdirirlər.