(1959)
Azərbaycan dirijoru, Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2012).
1983-1984-cü illərdə Daşkənd Dövlət Konservatoriyasının opera və simfoniya dirijorluğu şöbəsində təhsil alıb. 1984-1989-cu illərdə Leninqrad Konservatoriyasının opera və simfoniya dirijorluğu fakültəsində tanınmış professor İlya Musinin yanında təhsil alıb. 1989-cu ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, 1991–1998-ci illərdə isə bədii rəhbəri və baş dirijoru olmuşdur. 1990-1992-ci illərdə Vyana Musiqi və İfaçılıq Sənətləri Akademiyasında (Wien-Musikhochschule) təcrübə keçib. Niyazi adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijorudur.