(1939- 2018)
1962-ci ildə Teatr institunun musiqili komediya fakültəsinə daxil olmuş, 1967-ci ildə müvəffəqiyyətlə bitirmişdir. İnstitut illərində institutun keçirdiyi tədbirlərdə fəal iştirak edən Nazim bu tədbirlərin birində Azərbaycan Radio və televiİyası xorunun bədii rəhbəri bəstəkar Ramiz Mustafayev tərəfindən xora dəvət edilmiş və üç il xorun solisti olmuşdur. İnstitut illərində vaxtaşırı Əhməd Bakıxanovun, Əhsən Dadaşovun, Baba Salahovun rəhbərlik etdikləri ansambllarda çıxış etmişdir. 1967-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir. Ə. Bakıxanovun dəvəti ilə xalq çalğı alətləri orkestrinin solisti olmuşdur. Ağası Məşədibəyovun rəhbərliyi ilə ansamblda çalışmışdır. 1978-ci ildən "Azkonsert" Dövlət konsert-qastrol birliyinin solisti olmuşdur. Heydər Əliyev fondunun təqaüdçüsü olmuşdur. 2009 ildə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Əməkdar artist fəxri adina layiq görülüb.