(1932 - 2000)
Kamandar Həmid oğlu Əfəndiyev 1932-ci ildə Borçalıda – Marneuli rayonunun Kürsütü Kəpənəkçi kəndində anadan olub. Aşıqlıq sənətinə həvəsi onu tanınmış ustad Aşıq Sadıq Sultanovun yanına gətirib.
Aşıq Kamandar 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Mədəniyyəti Ongünlüyünün ən yaxşı iştirakçısı və mükafatçısı olub, 1961 və 1984-cü illərdə keçirilən Aşıqların III və IV Qurultaylarında iştirak edib. Əməkdar mədəniyyət işçisi (1984) adına layiq görülüb.
(1914-1987)
Aşıq Əmrah (Əmrah Paşa oğlu Gulməmmədov) 1908-ci ildə Borçalıda – Gürcüstan Respublikası Marneuli rayonunun Araplı kəndində doğulmuşdur. Saz çalmağı uşaq yaşlarında atası Paşa kişidən öyrənmişdir.