(1935)
Azərbaycan aşığı, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2009). Aşıqlıq sənətinə 1954 ildə başlamışdır. 1956 ildən “İncə tellər” aşıqlar ansamblının üzvüdür. Şamaxıda və respublika səviyyəsində bir çox mədəni-kütləvi tədbirlərdə çıxış etmişdir. Sülh və Dostluq uğrunda 6 ümumdünya gənclər və tələbələr festivalında (1957), Moskva şəhərində Azərbaycan mədəniyyəti ongünlüyündə (1976) iştirak etmiş, Azərbaycan gənclərinin 3 festivalının laureatı olmuşdur. Bir çox qoşmaların müəllifidir.