(1924-2011)
Tanınmış opera müğənnisi, aktrisa, Azərbaycan SSR əməkdar artisti (1956).
Azərbaycan Dövlət Konservatoriyasında musiqi təhsili alıb. 1952-ci ildə konservatoriyanı bitirdikdən sonra elə orada dərs deməyə başlayıb. Azərbaycan səhnəsinə isə onu ilk dəfə Üzeyir Hcıbəyov gətirib. Sənətkar 200-dən çox mahnı ifa edib. "Görüş", "Telefonçu Qız" və başqa filmlərə çəkilib. Bir çox filmlərdə obrazların dilindən mahnıları da, məhz Sona Aslanova ifa edib. Opera səhnəsinə isə "Arşın Mal Alan"-da Gülçöhrə, "Əsli və Kərəm"- də Əsli, "Koroğlu"-da Nigar obrazını yaradıb.
Üzeyir Hacıbəyov onu "səsi ürəkləri fəth edən qadın" deyə tanıdıb.