(1950)
Bakı Musiqi Akademiyasının Orqan və klavesin kafedrasının professoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2021),Azərbaycan Respublikasının əməkdar müəllimi.
1956-1968-ci illərdə Bülbül adına orta ixtisas məktəbində oxumuşdur. 1969-1973-cü ildə Üz.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano və orqan (Z.Cəfərovanın sinfi) sinifləri üzrə bitirmişdir. 1983-cü ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının assistent-stajorluğunu bitirmişdir.
1988-ci il Moskva Dövlət Konservatoriyasının orqan ixtisası üzrə yarım il təcrübə keçmişdir. Pitsunda (1988) Riqa (1989), Alma-Ata (1989) Danimarka (1992), İsveç (1997, 2001), Hollandiya (1999) ölkələrində keçirdiyi ustad dərslərində iştirakçı olmuşdu və beynəlxalq sertifikatlarına layiq görülmüşdür.
1974-cü ildən Konservatoriyanın konsertmeyster, 1985-ci ildən Orqan və klavesin kafedrasında orqan üzrə müəllim, 1986-cı ildən baş müəllim, 1991-ci ildən dosent, 2002-ci ildən indiyədək professor vəzifəsində çalışır.