(1967)
Azərbaycan xanəndəsi və opera müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2005), Prezident mükafatçısı.1989-cu ildə A.Zeynallı adına Bakı musiqi texnikumunda, 1995-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini tamamlamışdır. 1989-cu ildən Muğam Teatrının solistidir. 2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Bir çox xarici ölkələrdə milli musiqi sənətimizi layəqətlə təmsil etmiş, tamaşaçı məhəbbəti qazanmışdır.