(1935-2020)
Xanəndə, əməkdar artist (2006).
Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndəsidir. Əmisi Əfətli Əkbər Qarabağda məşhur xanəndə idi. Q.Behbudovun ilk muğam müəllimi əmisi olmuşdur. Xan Şuşiniski məktəbinin yetirməsi olan Behbudovun “Qarabağ xanəndələri” albomunda da səs yazıları var. O, "Bayatı-Şiraz" muğamının mahir, orijinal ifaçısı kimi tanınıb.