(1938-2022)
Azərbaycan qaboyçusu, bəstəkarı və pedaqoqu. 1977-ci ildə onun balaban (bəzən qaboy kimi qeyd olunub) ilə çaldığı "Muğam" (bəzən "Çahargah ahəngi" adlanır) adlanan kompozisiyası Voyacer qızıl plastinkasına daxil olub..
O, qaboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi "Zəminxarə" muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir.
“Çahargah Ahəngi” melodiyası Asiya Ölkələri Yaradıcı Qruplarının IV Beynəlxalq Festivalında (Filippin 1976) birinci yerə layiq görülmüş, bundan sonra “Muğam” adı ilə məşhur "Voyager" Qızıl plastinkasına daxil edilmişdir.