(1924-1976)
Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1959).
1938-ci ildə 1 saylı Azərbaycan Dövlət musiqi texnikumunun (indiki Bakı Musiqi Kolleci) tar sinfinə qəbul olub. Burada Səid Rüstəmov, Mənsur Mənsurov, Ənvər Mənsurovdan dərs alıb. 1940-cı ildə S. Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə qəbul edilib.Əhsən Dadaşov tar ifaçılığı sənətində muğam üzrə müəllimləri olmuş Mirzə Mənsur Mənsurov, Ənvər Mənsurovdan klassik muğam ifaçılıqlarının xüsusiyyətlərini dərindən mənimsəyərək onu inkişaf etdirmişdir.
Əhsən Dadaşov çoxdan unudulmuş ud alətini 1960-cı illərdə yenidən Azərbaycan musiqisinə qaytarıb.
Zərif Qayibovdan sonra "Şur" muğamının ən gözəl ifaçılarından biri onun tələbəsi Əhsən Dadaşov olmuşdur.