(1925-1967)
Qadın qarmonçalanlar arasında dövrünün ən mahir ifaçısı olub. Onun gözəl səsi və oxumaq istedadı da var idi.
Qızxanımın sənətə gəlişinin əsas səbəbkarı anası Səliməxanımın qardaşı - qarmon ifaçısı Məmmədağa Məmmədov olub. 8-9 yaşında olarkən Qızxanım gizlincə Məmmədağanın qarmonunu ifa edirmiş. Bir gün Məmmədağa evə yaxınlaşanda qarmonda gözəl ifalar eşidir. Gözlərinə inanmır, bu, balaca Qızxanım imiş. Məmmədağa bacısıqızının bu istedadını görüb ona qarmon alıb hədiyyə edir. Beləcə, Qızxanım həmin gündən musiqi sənətinə qədəm qoyur. Tezliklə onu toy-düyünə dəvət edirlər.