(1928-2011)
Sovet və Azərbaycan kamera və opera müğənnisi (lirik və dramatik soprano), müəllim. SSRİ xalq artisti (1967).
Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu və 1955-ci ildə Azərbaycan Konservatoriyasını bitirmişdir. 1951-1988-ci illərdə M.F.Axundov adına Azərbaycan Opera və Balet Teatrının solisti olub. O, müxtəlif kamera əsərlərini və rus romanslarını ifa edib. Bütün SSRİ-də və xaricdə qastrol səfərlərində olub.