(1930-1998)
Azərbaycan xanəndəsi, müəllim, Azərbaycan Dövlət Filarmoniyasının solisti, Azərbaycan Respublikasının əməkdar müəllimi (1992).
1942-ci ildə 206 saylı məktəbin 7-ci sinfini bitirmişdir. Atası ilə birlikdə Kolxozda işləmiş, oradan da 29 saylı peşə məktəbinə göndərilmişdir. Burada o, xarratlıq və avtomobil çilingəri peşələrinə yiyələnmişdir. 1948-ci ildə sənət məktəbini bitirmiş, 1951–1954-cü illərdə hərbi xidmətdə olmuşdur. 1956-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi texnikumunun xanəndəlik sinfinə daxil olmuşdur. 1960-cı ildə Texnikumu bitirərək Azərbaycan Estrada Birliyinə, daha sonra isə Azərbaycan Dövlət Filarmoniyasına solist kimi qəbul edilmişdir. 1964-cü ildə 12 nömrəli musiqi məktəbinin axşam şöbəsində muğam müəllimi işləmişdir. 1965-ci il sentyabrın 1-dən 1997-ci il yanvarın 1-nə kimi Asəf Zeynallı adına Bakı Musiqi texnikumunda xanəndəlik sinfində dərs demiş, həmin şöbənin baş müəllimi olmuşdur.