(1928-1987)
Azərbaycan muğam və opera ifaçısı (lirik-dramatik tenor), bəstəkarı, xanəndə və pedaqoqu.
Gənc yaşlarında rayon teatrında çıxış etmiş, Xalq Çalğı Alətləri ansamblına rəhbərlik etmişdir. 1953-cü ildə Gənc istetadların respublika olimpiyadasının qalibi olmuşdur. Qulu Əsgərov 1953–1958-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsil almışdır.
Burada Azərbaycanın görkəmli xanəndələrinin (Seyid Şuşinski, Nəriman Əliyev) ifaçılıq ənənələrini mənimsəmiş və muğamın sirlərinə dərindən yiyələnmişdir. Qulu Əsgərov bütün muğam dəstgahlarını yüksək peşəkarlıqla və ən incə cizgiləri ilə dinləyiciyə çatdıra bilirdi. Qulu Əsgərov yaradıcı xanəndə idi. O, xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir.