(1932-2008)
İranda yaşamış (1937-1960), Ərdəbil şəhərində təhsil almışdır. Gənc yaşlarından xanəndə kimi fəaliyyət göstərməyə başlamışdır. 1946 ildə İranda Cəfər Pişəvərinin rəhbərliyi altında qurulan milli hökumət tərəfindən Təbrizdə açılan Filarmoniyaya dəvət alır; burada Azərb. gəlmiş bəstəkarlar C.Cahangirovun və H.Xanməmmədovun təşkil etdiyi mədəni tədbirlərdə və konsertlərdə iştirak edir.
N.Feyzullayev 1960 illərdə ADMM-də Seyid Şuşinskinin sinfində muğam sənətinin incəliklərini öyrənmişdir. 1978 ildə N.Feyzullayev Azərb. Siyasi Mühacirlər Cəmiyyətinin nəzdində “Məşəl” ansamblını təşkil etmişdir. N.Feyzullayev “Hümayun” muğamının ən yaxşı ifaçısı kimi tanınmışdır. O, həmçinin, İranda çox yayılan “Dəşti” muğamını özünəməxsus bir tərzdə ifa edərək, onu Azərb. muğamsevərlərinə tanıtmış və xanəndəlik repertuarını zənginləşdirmişdir. N.Feyzullayevin yaratdığı 100-ə yaxın təsniflər (“Qaşların kamandır”, “Oğrun yollara baxmaqdan” və s.) xanəndələr tərəfindən ifa olunur.