(1937-2024)
Azərbaycan Respublikasının əməkdar artisti, xanəndə.
Azərbaycan Dövlət Pedaqoji Universitetində 1 il ibtidai sinif müəllimi ixtisasında təhsil alıb. Lakin sonra təhsilini yarımçıq qoyaraq, institutdan ərizə yazıb kənarlaşıb. Asəf Zeynallı adına Musiqi Texnikumunda, Nəriman Əliyevin muğam sinfində təhsil alıb. O, fəaliyyətinə Yusif Heydərovun "Gənclik" ansamblında başlayıb. 1968-ci ildə Filarmoniyaya yollanıb. Ləqəbini Filarmoniyanın ovaxtkı direktoru Kərim Kərimov gəldiyi yerə görə verib. Müğənninin Qızıl fondda 300-ə yaxın lent yazısı var 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.