(1918-2005)
Azərbaycan opera müğənnisi (soprano), Azərbaycan SSR xalq artisti (1982).
Bakı Teatr Texnikumunda oxumuş (1935–1937), Azərbaycan Dövlət Universitetini bitirmişdir (1959). G.Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlamışdır (1936–1942). O, Üzeyir Hacıbəyovun məsləhəti və köməkliyi ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrına işə qəbul olunmuşdur. Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olmuşdur. O, burada parlaq, koloritli qadın obrazları yaratmışdır. 1980-ci ildən teatrın məşqçi pedaqoqu olmuşdur.